Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda səfərdədir.
Asayis.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, Rusiya xarici işlər nazirinin səfəri Tehran-Moskva arasında davamlı məsləhətləşmələr, ikitərəfli razılaşmaların icrasının izlənilməsi, həmçinin regional və beynəlxalq hadisələrin müzakirəsi məqsədi daşıyır.
Lavrovun İran Prezidenti Məsud Pezeşkianla da görüşü nəzərdə tutulub.
