Türkiyənin Ali Təhsil Şurasının sədri Bakıya gəldi

 Türkiyənin Ali Təhsil Şurasının sədri Bakıya gəldi

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

Bu barədə Asayis.az-a Türkiyə–Azərbaycan Universitetindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.

14:56 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin