Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Asayis.az Report-a istinadla xəbər verir ki, Gəncədə olan məktəblərin birində təhsil alan 5 şagird zəhərlənib.
Onları müəllimlərin köməyi ilə Gəncədə xəstəxananın Yoluxucu şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.
