17 yaşlı oğlan infarktdan öldü

 17 yaşlı oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb.

Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib.

Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

12:36 - 1 Oktyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin