İlk dəfə: Azərbaycanın insansız özüyeriyən silahları - Foto

 İlk dəfə: Azərbaycanın insansız özüyeriyən silahları - Foto

Azərbaycan insansız hərəkət edən silahlı özüyeriyən platforma istehsal edib.

Asayis.az Report-a istinadla xəbər verir ki, 2026-cı il istehsalı olan SİQR01 və SİQR02 robotlar ilk dəfə ADEX-2026 nümayişə çıxarılıb.

Tırtıllı şassi üzərində qurulan pilotsuz yerüstü platforma əsasən ərazi üzrə hərəkət, yük daşınması, müşahidə və müxtəlif xüsusi təyinatlı avadanlıqların daşınması üçün nəzərdə tutulub.

Kataloqda yer alan məlumatlara görə, platformanın uzunluğu 2 metr, eni 1,2 metr, hündürlüyü isə 0,6 metrdir. Yüksüz çəkisi təxminən 950 kiloqram, maksimal faydalı yük qabiliyyəti isə 600 kiloqramdan çoxdur. Robot saatda təxminən 12 kilometr sürətlə hərəkət edə və 5 saatdan artıq işləyə bilir.

17:48 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin