Elman Rüstəmov məşhur şadlıq evini satdı

 Elman Rüstəmov məşhur şadlıq evini satdı

Mərkəzi bankın sabiq sədri Elman Rüstəmovun əvvəlki geniş imkanlarının artıq olmadığı haqda iddia yayılıb.

Bu barədə Asayis.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, E.Rüstəmovun xaricdəki biznesi də uğuyrsuzluğa düçar olub və övladları artıq Bakıya dönməyə məcbur olublar.

Biznes imperiyasının çökməsi E.Rüstəmova müəyyən addımlara da sövq edib. Belə ki, o, məşhur “Platin” şadlıq sarayını satıb.

İddiaya görə, şadlıq sarayı 22 milyon manata satılıb.

Alqı-satqı bir neçə ay öncə həyata keçirilib.

13:06 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin