Şamaxıda sakinlər yolu öz hesablarına təmir edirlər - Video

 Şamaxıda sakinlər yolu öz hesablarına təmir edirlər - Video

Şamaxının Göylər kəndində sakinlər kənddaxili yolun təmirinə öz vəsaitləri hesabına başlayıblar.

Asayis.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.

Belə ki, kənd sakinləri həm gediş-gəliş asanlaşdırmaq, həm də şəhid Müşfiq Məcidovun xatirəsini əbədiləşdirmək üçün yolu təmir etməyə qərar veriblər.

Kənd camaatı öz aralarında pul toplayaraq lazımi materialları alıb və təmir işlərinə başlayıb.

Görüntülərdə diqqət çəkən məqam sakinlərin yol örtüyü üçün asfalt deyil, mişar daşlardan istifadə etməsidir. Onlar bu üsulun yolun daha uzun müddət yararlı qalmasına imkan verəcəyini düşünürlər.

11:40 - 30 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin