13 yaşlı oğlan faciəvi şəkildə öldü

 13 yaşlı oğlan faciəvi şəkildə öldü

Goranboy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində baş verib.

2013-cü il təvəllüdlü Ə.Əsgərovu avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

17:16 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin