Baş nazir onu nazir müavini təyin etdi

 Baş nazir onu nazir müavini təyin etdi

Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib.

Asayis.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Baş nazirin digər sərəncamı ilə Bəxtiyar İsmayılov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

15:10 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin