Göygöldə qanunsuz tikili söküldü - Video

 Göygöldə qanunsuz tikili söküldü - Video

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb.

Asayis.az FHN-nin Mətbuat xidmətində istinadla xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Bəhrambağ qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

10:24 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin