34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var

 34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var

Ağstafada qətl hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun parklarından birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib. İlkin məlumata görə, R.İsmayılovu 1993-cü il təvəllüdlü Sabir Şükürov qətlə yetirməkdə şübhəli bilinir.

S.Şükürov keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

09:08 - 28 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin