Bakıdakı tədbirdə iştirakçılar pilot oldu - Video

 Bakıdakı tədbirdə iştirakçılar pilot oldu - Video

Bu gün Azərbaycan Hava Yolları tərəfindən “JW Marriott Absheron Baku Hotel”də “Boeing 787 Dreamliner” simulyator təcrübəsi keçirilib.

Asayis.az xəbər verir ki, təşəbbüs pilotun işinə fərqli baxış təqdim edir.

İştirakçılar sərnişin kimi alışdıqları uçuş prosesini bu dəfə pilotun mövqeyindən müşahidə ediblər.

Bu interaktiv təcrübə iştirakçılara pilot peşəsi haqqında təsəvvürlərini genişləndirməyə imkan yaradıb.

15:58 - 25 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin