Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı

 Rusiya ordusu fermanı vurdu: 6 ölü, 8 yaralı

Rusiya ordusunun Ukraynanın Xarkov vilayətinin Staraya Hnılıtsa kəndində fermaya endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb.

Asayis.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

O qeyd edib ki, ölənlərdən 2-si kişi, 4-ü qadındır.

Bundan başqa, hadisə nəticəsində daha 8 nəfər – ferma işçiləri yaralanıb. Onlara zəruri tibbi yardım göstərilir.

13:28 - 24 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin