Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları yenidən fəaliyyətə başlayacaq.
Asayis.az xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov X sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dil kursu sentyabrın 30-dan etibarən ödənişsiz şəkildə təşkil ediləcək:
"Kurslarda iştirak etməklə siz peşəkar mütəxəssisin tədrisi əsasında Azərbaycan dilinin zəngin söz ehtiyatını, qrammatik quruluşunu və düzgün danışıq qaydalarını öyrənə, həmçinin gündəlik ünsiyyət bacarıqlarınızı inkişaf etdirə bilərsiniz".
