Universitetləri köçürməyək, qəbulu azaldaq - Deputat

 Universitetləri köçürməyək, qəbulu azaldaq - Deputat

Bakıdan universitetlərin köçürülməsi ilə bağlı məsələ hazırda aktual deyil. Mən universitetlərin Bakıdan köçürülməsi ideyasını da dəstəkləmirəm. Universitet şəhərin mədəni, təhsil mühitini formalaşdırır. Məncə, Bakıda universitetlərə qəbulu azaltmalı, bölgələrdə isə artırmalıyıq.

Bu sözləri Asayis.az-a açıqlamasında deputat Ceyhun Məmmədov Bakıda tıxacların aradan qaldırılması üçün ali məktəblərin paytaxtdan köçürülməsi təklifləri haqda danışarkən deyib.

“Məsələn, bir regional universitetin iki min tələbəsi varsa, bunu 5-6-7 minə çatdırmaq olar. Qarabağ Universitetinin ciddi bir modeli var, o model barədə düşünməliyik və bu istiqamətdə addımlar atmalıyıq. Yəni bölgələrimizdə universitetlərə qəbul artırılmalıdır. Eyni zamanda, bir sıra bölgəmizdə yeni universitetlər, yeni təhsil müəssisələri yaratmalıyıq”, - o bildirib.

Deputat həmçinin vurğulayıb ki, Bakı tıxacları aradan qaldırmaq üçün nəqliyyat sistemi təkmilləşdirilməlidir:

“Nəqliyyat sistemi ilə bağlı ciddi, ardıcıl addımlar atmalı, səylərimizi gücləndirməliyik ki, bu prosesə töhfə verə bilək. Biz bu işləri indi həyata keçirməsək, daha ciddi problemlər yaranacaq”.

12:28 - 23 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin