İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır

 İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Bu barədə Asayis.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

"AZAL ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.

19:08 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin