Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Adlar

 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı - Adlar

Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında dəyişiklik edilib.

Asayis.az xəbər verir ki, siyahıya plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən daha 5 həkim-mütəxəssis əlavə olunub.

Belə ki, Amin Əliyev, Turab İsmayılov, Ülvi Həsənov, Xudu Xudiyev və Mehdi Əsədovun adı siyahıya əlavə edilib.

Qeyd edək ki, daha əvvəl Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 46 plastik cərrahın fəaliyyətinə icazə verilmişdi.

17:34 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin