Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı

 Sentyabr ayının pensiya ödənişləri yekunlaşdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Asayis.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

10:26 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin