Xankəndiyə növbəti köç karvanı yola salındı

 Xankəndiyə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Asayis.az xəbər verir ki, növbəti köç çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ, Cəbrayıl rayonunun isə Şükürbəyli kəndlərinə köç karvanları yola salınıb.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər köçürülür.

Həmçinin Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər yola salınıb.

Beləliklə, bu mərhələdə ümumilikdə 59 ailə – 284 nəfər doğma yurduna qayıdır.

Qeyd edək ki, köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

09:16 - 22 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin