Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurna işləri aparılacaq.
Bu barədə Asayis.az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transfornator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov, Zaur Kərimov küçələri, Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Sabunçu RETSİ-nə daxil olan Bakıxanov qəsəbəsi Şərq və Ramiz Qəmbərov küçələrində yeni Özünüdaşıyan İzolyasiyalı Naqillərin (ÖİN) çəkilişi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Xəzər RETSİ ərazisində 6 kV-luq elektrik naqilləri yenisi ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
