Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

 Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Türkiyənin İzmir şəhərində Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü qeyd olunub.

Asayis.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Tədbirdə Qafqaz İslam Ordusunun tarixi mübarizəsi və Qarabağ zəfəri vurğulanıb.

Mərasimdə iştirak edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım çıxışında Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq əlaqələri barədə danışıb.

Ayrım Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yalnız dövlətlər arasında diplomatik münasibətlərlə məhdudlaşmadığını deyib və iki ölkə arasındakı sarsılmaz sevgi bağını böyük qürurla ifadə edib.

17:18 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin