Sabah bu ərazilərdə qaz olmayacaq

 Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xətai rayonunun bəzi küçə və prospektlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

16:52 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin