Birinci müavinini vəzifədən azad edib, sədr təyin etdi

 Birinci müavinini vəzifədən azad edib, sədr təyin etdi

Xaçmaz Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi baş verib.

Asayis.az Bizim.media-ya istinadən xəbər verir ki, icra başçısı Elnur Rzayevin əmri ilə onun birinci müavini Anar Oruclu vəzifəsindən azad edilib.

O, 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.

Anar Oruclu təyinatını təsdiqləyib və yeni vəzifəsinin bu gündən qüvvəyə mindiyini bildirib.

15:28 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin