2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı

 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində bıçaq xəsarətləri alan 1998-ci il təvəllüdlü Elsəvər İbrahimov və Elmar Qurbanov tibb müəssisələrindən birinə yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı A. Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

12:58 - 21 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin