73 yaşlı qadın su quyusuna düşərək öldü

 73 yaşlı qadın su quyusuna düşərək öldü

Cəlilabadda 73 yaşlı qadın su quyusuna düşərək ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Məleykə Məmmədova evinin həyətində su quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

11:30 - 17 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin