15 Sentyabr – Bilik Günündə Bakı Dəmiryol Vağzalı yalnız səfərlərin deyil, sevinc dolu anların da ünvanına çevrildi.
ADY-dən Asayis.az-a verilən məlumata görə, sərnişinlərimiz ADY-nin hazırladığı xüsusi hədiyyələrlə qarşılandı.
Səmimi təbriklər, xoş sürprizlər və təbəssümlər günə unudulmaz rəng qatdı.
Hər yeni bilik fərqli bir istiqamət, hər uğur isə gələcəyə açılan yeni bir yoldur. Arzu edirik ki, bu yol hər kəsi böyük nailiyyətlərə aparsın!
