Bu iki rayonda güclü duman müşahidə olunur

 Bu iki rayonda güclü duman müşahidə olunur

Bakı–Ələt–Astara magistralının Cəlilabad və Masallı rayonlarının ərazisindən keçən hissəsində güclü duman müşahidə olunur.

Asayis.az Azərtac-a istinadla xəbər verir ki, magistral yolun ayrı-ayrı hissələrində görünüş məsafəsi təxminən 100 metr təşkil edir.

Duman səbəbindən yolda hərəkət edən sürücülərin diqqətli olmaları, sürət həddinə riayət etmələri və təhlükəsiz ara məsafəsi saxlamaları tövsiyə olunur.

11:32 - 15 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin