Tədris ili başlayır: Yollarda sıxlıq yaradan vacib amil… - Ekspert

 Tədris ili başlayır: Yollarda sıxlıq yaradan vacib amil… - Ekspert

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteni QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb və metroda hərəkətin dayandırılması ilə əlaqədar sərnişin daşımalarında yarana biləcək əlavə yükün qarşılanması məqsədilə AYNA tərəfindən ekspress avtobusları ayrılıb.

Sözügedən işlərlə əlaqədar artıq günlərdir Bakıda ciddi sıxlıq, avtobusların intervalında isə gecikmələr müşahidə olunur.

Sabahdan növbəti tədris ilinin başlayacağını nəzərə alsaq, yollarda vəziyyətin heç də ürəkaçan olmayacağını proqnozlaşdırmaq sadədir.

Yollarda vəziyyəti çətinləşdirəcək daha bir amil isə valideynlərin bəzən öz övladlarını yaşadıqları ərazidən xeyli uzaqda yerləşən məktəblərə qoymasıdır.

Təhsil eksperti Elçin Əfəndi Asayis.az-a açıqlamasında bildirib ki, nəqliyyatla bağlı düzgün tənzimlənmə olmadığı halda yollarda sıxlıq daha da çox olacaq:

“Ona görə də valideynlər daha yaxın məktəblərə üstünlük verməlidir. Çünki ən yaxşı məktəb yaxında olan məktəbdir. Bu prinsipə riayət etmək lazımdır. Övladlarını daha uzaqda yerləşən məktəblərə göndərdikdə yollarda daha çox sıxlıq yaranır. Məsələn Binəqədidə yaşayan birinin övladını Xətaiyə məktəbə aparması, əlbbəttə ki, yollarda sıxlığı artıran səbəblərdəndir. Növbəti tədris ili bitənə qədər bu sıxlığı və bu sıxlıqdan yaranan əziyyəti çəkmiş olacağıq”.

15:46 - 14 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin