Ağcabədidə çoxillik tut bağı yanır

 Ağcabədidə çoxillik tut bağı yanır

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.

15:06 - 14 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin