ADY 7,3 milyondan çox sərnişin daşıyıb

 ADY 7,3 milyondan çox sərnişin daşıyıb

ADY bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.

ADY-dən Asayis.az-a verilən məlumata görə, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.

Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb.

12:44 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin