Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü

 Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Davud Aydın oğlu Məmmədovu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

12:04 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin