Şəfiqə Məmmədovaya alternativ gəldi: Bu gün kim seçiləcək?

 Şəfiqə Məmmədovaya alternativ gəldi: Bu gün kim seçiləcək?

Bu gün - 11 sentyabr saat 11:30-da "Nizami" Kino Mərkəzinin beşinci mərtəbəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisi baş tutacaq.

Asayis.az xəbər verir ki, hazırda AKİ-nin sədr postuna yeganə namizəd xalq artisti Şəfiqə Məmmədovadır.

Müstəqil Kino Platforması isə Azərbaycan Kinematoqrafçılar İttifaqının konfrans nümayəndələrinə müraciət ünvanlayaraq, xalq artisti, professor Həmidə Məmməd qızı Ömərovanın namizədliyini təklif edib.

Xatırladaq ki, daha əvvəl İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarov istefa verib. Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.

11:24 - 11 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin