Bərdədə ağır qəza: qadın öldü

 Bərdədə ağır qəza: qadın öldü

Bərdədə avtomobil qadını vurub.

Asayis.az xəbər verir ki, İlham Sərdar oğlu Zeynalov idarə etdiyi “Mersedes Benz E270 CDI” markalı avtomobillə yolu keçməkdə olan Sücayət Muxtar qızı Məmmədovanı vurub.

Qadın aldığı xəsarətlərdən Bərdə rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

10:32 - 10 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin