Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş

 Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş

Zərdabda baş verən qəzada həyatını itirənlərdən biri müəllim olub.

Asayis.az Modern.az-a istinadla xəbər verir khəmin şəxslərdən biri minik avtomobilinin sürücüsü,1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. O, iki il əvvəl verdiyi sertifikasiya imtahanından 53 bal toplamışdı.

Bundan başqa qəzada həyatını itirəndlər sırasında 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova da var.

13:00 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin