Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan görüntülərə görə, Bakıda turistin sifariş verdiyi ünvana adi taksi əvəzinə, lüks avtomobil - "Lamborcini" gəlib.
Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Asayis.az-a açıqlamasında bildirib ki, sözügedən video bir müddət əvvəl çəkilib.
“Həmin videodakı “Lamborcini” reklam olaraq istifadə olunmuşdu. Kimsə o vaxt çəkib, indi yayımlayıb.
Hazırda bizdə o dərəcədə lüks avtomobil kateqoriyası yoxdur. Qlobalda var, bizdə yoxdur”, - o əlavə edib.
