Hacıqabulda ağır qəza: 2 nəfər öldü

 Hacıqabulda ağır qəza: 2 nəfər öldü

Hacıqabulda baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik maşını yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşıdrma aparılır.

09:24 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin