Rəşid Qasımov 102 yaşında vəfat etdi - Foto

 Rəşid Qasımov 102 yaşında vəfat etdi - Foto

İkinci Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat edib.

Asayis.az xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb.

O bildirib ki, R.Qasımov 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib.

R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır.

10:24 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin