Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü

 Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü

Göyçayda bədbəxt hadisə baş verib.

Asayis.az Azərtac-a istinadla xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində baş verib.

İlkin məlumata görə, ana evin pilləkənindən yıxılıb. Bu zaman qucağında olan 3 aylıq körpə əlindən düşərək baş nahiyəsindən xəsarət alıb. Körpə aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisənin dəqiq təfərrüatları və körpənin ölüm səbəbi araşdırmadan sonra məlum olacaq.

09:46 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin