Messiyə görə bütün oyunlar 10-cu dəqiqədə dayandırılacaq

 Messiyə görə bütün oyunlar 10-cu dəqiqədə dayandırılacaq

Argentina Futbol Assosiasiyası (AFA) milli komandadakı çıxışını başa vuran Lionel Messinin şərəfinə genişmiqyaslı aksiya keçirmək qərarına gəlib.

Asayis.az Sport24.ru-ya istinadla xəbər verir ki, növbəti turun gedişində kişilər və qadınlar arasında keçirilən bütün daxili yarışların matçları düz 10-cu dəqiqədə dayandırılacaq.

Meydandakılar və tribunalardakı azarkeşlər əfsanəvi hücumçunun parlaq karyerasına və Argentina millisinin tarixinə verdiyi əvəzsiz töhfəyə ehtiram əlaməti olaraq onu 1 dəqiqə ərzində alqışlayacaqlar.

09:24 - 3 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin