Salyanda zəncirvari qəza: 5 nəfər...

 Salyanda zəncirvari qəza: 5 nəfər...

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı "İnfiniti", "Mazda", VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

09:16 - 3 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin