Dərnəgüldəki taxta bazarında meyit tapıldı

 Dərnəgüldəki taxta bazarında meyit tapıldı

Bakıda taxta bazarında meyit tapılıb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Z.Bünyadov prospekti 507-də yerləşən taxta bazarında qeydə alınıb.

Burada 48 yaşlı Zaur Sahib oğlu Həmidovun meyiti tapılıb. Mərhumun bazarda fəhlə işlədiyi bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.

12:32 - 2 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin