Cəlilabadda yaşayış evi tamamilə yandı

 Cəlilabadda yaşayış evi tamamilə yandı

Cəlilabad rayonunda ev yanaraq külə dönüb.

Asayis.az xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

13:20 - 30 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin