Lənkəranda açıq sahələrdə yanğınlar söndürüldü - Video

 Lənkəranda açıq sahələrdə yanğınlar söndürüldü - Video

Lənkəranda açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin “112" qaynar telefon xəttinə Lənkəran rayonu ərazisində müxtəlif istiqamətlərdə açıq sahələrdə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğınların genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

12:44 - 14 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin