Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu

 Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə Asayis.az-a TƏBİB-dən bildirilib.

"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.

10:32 - 14 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin