Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı

 Qusarda çətənə kolları yetişdirən şəxs saxlanıldı

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli çətənə bitkilərini kultivasiya etməkdə şübhəli bilinən 47 yaşlı Qurban Ərzimanov saxlanılıb.

Asayis.az xəbər verir ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları, eləcə də marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q.Ərzimanov barəsində həbs qətimkan tədbiri seçilib.

10:48 - 15 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin