Ağdərədə avtomobil aşdı: ər-arvad öldü

 Ağdərədə avtomobil aşdı: ər-arvad öldü

Ağdərə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

16:18 - 14 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin