Sabiq rektor vəfat etdi - Foto

 Sabiq rektor vəfat etdi - Foto

Azərbaycan Texnologiya Universitetinin sabiq professoru, fizika-riyaziyyat elmləri doktoru Şəmsəddin Mütəllimov dünyasını dəyişib.

Asayis.az xəbər verir ki, o, 1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda (indiki Azərbaycan Texnologiya Universiteti) əmək fəaliyyətinə başlayıb.

Qeyd edək ki, Ümumi və tətbiqi riyaziyyat kafedrasının sabiq professoru Şəmsəddin Mütəllim oğlu Mütəllimov 1941-ci ildə Siyəzən şəhərində anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunda rektor vəzifəsində işləyib.

Ş.Mütəllimov, həmçinin baş müəllim, dosent, kafedra müdiri, dekan vəzifələrində çalışıb.

14:14 - 14 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin