Hacı Vəliyevə hökm oxundu

 Hacı Vəliyevə hökm oxundu

 

Özünü “Gənc Qazilər Birliyi”nin sədri kimi təqdim edən Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda (silah qismində əşyadan istifadə etməklə-maddə 221.3) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunmuşdu.

23:31 - 7 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin