Kəlbəcərdə qonur ayı görüntüləndi - Video

 Kəlbəcərdə qonur ayı görüntüləndi - Video

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində qonur ayı görüntülənib.

Asayis.az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, qonur ayı Kəlbəcər dağlarında ən çox rast gəlinən və yayılmış növlərdən biridir.

Qeyd edək ki, bu növə sıx meşəlik və yüksək dağlıq ərazilərlə yanaşı, Tutqunçay və Tərtərçay hövzələrində də rast gəlinir.

09:50 - 1 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin