Yasamal rayonu Kənar Dairəvi yolda baş verən qəzada həyatını itirən şəxsin kimliyi bəlli olub.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində vəfat edən İlhamə Kamranova müəllimə olaraq çalışıb.
Belə ki, o, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərirmiş.
